İnstaqram-da söyüş yazanlardan şikayətçi oldular

27 Noyabr 2018 13:23

Müğənni-aparıcı Seren Serengil və məşhur model Deniz Akkaya polisə müraciət edərək  instaqram-da fotolarına təhqir yazan izləyicilərdən şikayətçi olublar. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar həmin şəxslərin şərəf və ləyaqətlərinə toxunduqlarını bildiriblər. 

Seren sözügedən izləyicilərin təkcə rəsmi hesabında yox, digər fan səhifələrdə də onun ünvanına söyüş zamanların cəzalandırılmasını tələb edib. 

Deniz Akkaya isə Abdulrahman T. adlı şəxs tərəfindən təhqirlərə məruz qaldığını, həmin izləyici barədə araşdırma aparılmasını istəyib. 

Milli.Az