"Ebola"ya yoluxanların sayı 400-ü ötüb

25 Noyabr 2018 10:13

İyun ayının sonundan Konqo Demokratik Respublikasının Şimali Kivu və İturi əyalətlərində 400-dən çox "Ebola" virusuna yoluxma hadisəsi qeydə alınıb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin "Twitter" səhifəsi məlumat yayıb.

"Şənbə günü, 24 noyabr tarixinə olan vəziyyət: ümumilikdə 403 yoluxma hadisəsi qeydə alınıb, onlardan 354-ü öz təsdiqini tapıb, 47-si isə ehtimal olunur", - məlumatda bildirilir.

Bundan əlavə, ötən gün ərzində xəstəliyə 4 yeni yoluxma və ondan 3 ölüm hadisəsi qeydə alınıb. Virusdan ölənlərin ümumi sayı 231 nəfərə çatıb. Eyni zamanda yalnız 120 nəfər xəstəlikdən sağalıb.

Milli.Az