Niyam: "Saçyolduya hazır olun..." - VİDEO

24 Noyabr 2018 17:54

Müğənni Kərim Abbasovla Niyam Salami birlikdə "Shou news" kamerası qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçılar bir-birinin geyim tərzinə müdaxilə etdiyini deyib. "Niyə də etməyək? Elə fikri ola bilər ki, çox maraqlıdır" deyə, Kərim söyləyib.

Niyam isə mehriban münasibətin çox çəkməyəcəyini bildirib:

"Darıxmayın, bir ildən sonra yenə qırğınımız başlayacaq. Danışırıq vay, küsürük var. Saçyolduya hazır olun".

Videonu izləmək üçün şəklə klikləyin:
https://www.youtube.com/watch?v=EQFTF0JGWuw

Milli.Az