Sinxron tərcümə edə bilən qulaqlıqlar - YENİLİK

24 Noyabr 2018 18:12

Çinin "Timekettle" startapı sinxron tərcümə funksiyasına malik "WT2" adlı simsiz qulaqlıqları kütləvi istehsala çıxarmağa hazırlaşır. Qulaqlıqların qiyməti təxminən 220 dollar təşkil edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qulaqlıqlar görünüşcə "AirPods"a oxşardır. İstifadəçi əcnəbi şəxslə danışmazdan öncə qulaqlığın birini öz qulağına taxmalı, digərini isə həmsöhbət öz qulağına taxmalıdır. Məlumata görə, yanvarda təqdim ediləcək ilk partiyadan qurğu satın almaq üçün artıq indidən onu ilkin sifariş etmək lazımdır.

Qulaqlıqlar ünsiyyəti 3 rejimdə dəstəkləyir:

avtomatik - real vaxt rejimində söhbəti tərcümə edir (sakit yerdə ünsiyyət üçün uyğundur);
əl rejimi - hər bir replikadan öncə cümlənin başlanğıcını göstərmək üçün cihaza toxunmaq lazım olacaq (səs-küylü vəziyyətdə ünsiyyət üçün uyğun gəlir);
sual rejimi - yolu öyrənmək, məhsulun qiymətini soruşmaq üçün istifadə edilir (əcnəbilərlə küçədə ünsiyyət üçün əlverişlidir).

Milli.Az