Hindistanda 60 polis qətlə yetirildi
6 Aprel 2010 13:24
Milli.Az gazeta.ru saytına istinadən xəbər verir ki, insident hüquq-mühafizə orqanları əməkdaşlarının gecə patrul xidmətindən qayıtdığı zaman baş verib. Polisə hücum çəkən maoçular ən azı 60 asayiş keşikçisini qətlə yetirib.
Xatırladaq ki, Hindistanda maoçular adlanan hərəkat hökumətlə mübarizə aparır. Onlar "Hindistanı yoxsulluqdan və kapitalistlərin qəzəbindən azad etmək" uğrunda mübarizə apardıqlarını iddia edirlər. Əsasən Hindistanın şərqində, mərkəzində və şimalındakı meşələrdə gizlənən hərəkat üzvləri mütəmadi olaraq, hökumət qüvvələrinə hücum edir. Hindistanın bəzi əraziləri isə tamamilə maoçu yaraqlıların nəzarətindədir.
Milli.Az