16 yaşlı qız Facebook-da keçirilən hərracda SATILDI

22 Noyabr 2018 19:28

Cənubi Sudanda 16 yaşlı qız "Facebook" vasitəsilə keçirilən hərracda satılıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Facebook şirkəti şikayət edilsə də, səhifəni toydan sonra bağlayıb. Qız ailəsi tərəfindən 25 oktyabrda satışa çıxarılıb. Facebook şirkəti isə səhifəni 9 noyabrda bağlayıb.

Dünyanın ən geridə qalmış ölkələrindən biri olan Cənubi Sudanda hərracı milyarder iş adamı qazanıb. Nyalonq Nqonq Denq Jalanq adlı 16 yaşlı gəlinin ailəsinə 530 inək, üç "Land Cruiser" avtomobili və 10 min dollar nəğd pul ödənilib.

Milli.Az