Kosovo hökuməti milli komandanın UEFA Millətlər Liqasındakı uğurlu çıxışına biganə qalmayıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkə rəhbərliyi son turda yığmamızı məğlub edərək, adını pley-offa yazdıran komandanı mükafatlandırıb. Qazanılan uğurlu nəticəyə görə, milliyə 500 min avro mükafat verilib.
Qeyd edək ki, son oyunda millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo qrupu ilk pillədə tamamlayaraq, C liqasına vəsiqə qazanıb.
Milli.Az