Beren Saat seriala onunla çəkiləcək

22 Noyabr 2018 16:00

Aktrisa Beren Saatın rol alacağı serialın adı açıqlanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq düşən aktrisa "Krallar Kaybederse" internet serialında yer alacaq. 

Bundan əlavə, Beren ekran işində digər baş rol iştirakçısını da özü seçib.  O, layihədə aktyor Mehmet Günsürlə iştirak etmək istədiyini qeyd edib. 

Artıq "Netflix" serial platforması hər iki ulduzla müqavilə bağlayıb və çəkilişlərin bir neçə həftə sonra baş tutacağı qeyd edilib. 

Milli.Az