Beren Saat ekranlara geri qayıdır

21 Noyabr 2018 15:08

Aktrisa Beren Saat  dünyaca məşhur serial platforması olan "Netflix"lə müqavilə imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat verilib. 

Paylaşımda "The Crown"da Kraliça Yelizavet, "House of Cards"da Claire Underwood, "Maniac"da Annie, "La Casa de Papel de Tokyo, GLOW"da Ruth Wilder və "Marvel's Jessica Jones"dakı  Jessica Jones kimi obrazların görüntüləri əks olunub və Beren Saata "güclü qadınların arasına xoş gəldin" şərhi verilib. 

Milli.Az