PSJ-də şok - Neymar və Mbappe zədələndi

21 Noyabr 2018 13:28

Çempionlar Liqasında "Liverpul"la oyundan öncə PSJ-nin heyətində ciddi itkilər baş verib.

Milli.Az xəbər verir ki. Paris təmsilçisinin aparıcı futbolçuları Neymar və Kilian Mbappe zədələniblər.

Hər iki futbolçu milli komandalarının oyunlarında xəsarət alıblar. Neymar Braziliyanın Kamerunla oyununun 8-ci dəqiqəsində zədələnib və oyunu davam etdirə bilməyib. Mbappe isə Uruqvay - Fransa oyununda sıradan çıxıb. Onların durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, PSJ - "Liverpul" görüşü 29 noyabr tarixində baş tutacaq.

Elçin
Milli.Az