İsveç "pley-off"a yüksəldi - VİDEO - FOTO

21 Noyabr 2018 11:21

Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Milli.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda Rusiya səfərdə İsveçin qonağı olub. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

7 xalı olan İsveç 2-ci qrupun qalibi kimi "pley-off"a vəsiqə qazanıb və A Liqasına yüksəlib. Eyni xalı olan Rusiya qrupu ikinci yerdə başa vurub. Türkiyə isə 3 xalla qrup sonuncusu olub və C liqasına yuvarlanıb.

İsveç - Rusiya 2:0

Qollar: Viktor Nilsson Lindelöf, 41. markus Berq, 72

Elçin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsveç - Rusiya 2:0