Hər şey çox əladı, çünki vacib qələbə qazandıq. Bu, çox əhəmiyyətli idi. Böyük fərqlə qazandığımız üçün sevinirəm. C Liqasına və pley-offa yüksəldik, buna görə xoşbəxtik. Bizim komanda daha möhtəşəm işlər görə bilər. Oyundan öncə "savaşın, ürəklə oynayın" demişdim. Onlardan razı qaldım. Kosovo üçün tarixi nəticə qazanmışıq.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının D Liqasının 3-cü qrupunun sonuncu turunda yığmamızı 4:0 hesabı ilə darmadağın edən Kosovonun baş məşqçisi Bernard Şalland deyib. İsveçrəli mütəxəssis qələbəni şərh edib:
"Hər kəs yaxşı iş gördü. Hücumçularımız, yarımmüdafiəçilərimiz və ən vacib onu qeyd edim ki, müdafiə xəttimiz bu gün çox əla iş ortaya qoya bildi. Xətlərarası əlaqəmiz əla idi. Bu, qalib gələn komandanın ağıllı oynamasının göstəricisi idi. Getdikcə daha da böyüyürük. Start heyətdə Ariyanet Muriçə şans verməklə risk etdim. Qərar vermək mənə məxsusdu. Uykani də əla qapıçıdı, amma Muriç də gələcəyin ən yaxşılarından biri olacaq".
Milli.Az