Belçikanın Eno əyalətinin qubernatoru Tommi Leklerk etiraz aksiyaları ilə əlaqədar bölgədə fövqəladə vəziyyət elan edib.
Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Belçikada sürücülər dizel yanacağına əlavə dəyər vergisinin artırılması ilə bağlı etiraz aksiyaları keçirir.
Bu gün səhər saatlarından etibarən etirazçılar Mons-Brüssel magistral yolunu bağlayıb və yanacaq daşıyan maşını yandırıb.
Etirazçılar xüsusi parlaq jiletər geydiyi üçün, aksiya "sarı jiletlər" adlandırılıb.
Milli.Az