22 yaşlı gənc yol qəzasında öldü
6 Aprel 2010 12:30
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, şəhər sakini Elvin Nəsirov idarə etdiyi "BMW" markalı avtomobil ilə həmyerlisi 22 yaşlı Tural Nəbiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov
Milli.Az