Peris Hilton 2 milyonluq nişan üzüyünü geri qaytardı

20 Noyabr 2018 15:56

Məşhur ulduz Peris Hilton nişanlısından ayrılıb

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 37 yaşlı ulduz aktyor sevgilisi ilə evlənməyə hazırlaşdığı haqda açıqlama vermişdi. Hətta Hilton Kris Zilkanın ona evlənmə təklifi etdiyini və 20 əyyarlı 2 milyonluq brilyant üzük bağışladığını açıqlayıb. 

Hər fürsətdə xoşbəxt olduğunu deyən, Peris bu dəfə ayrılıq xəbərini yayıb. Hilton və Kris bundan sonra yeni layihələrlə məşğul olmaq qərarına gəliblər.

Milli.Az