Cemilin xəyanəti İffetin sevincini alt-üst edir. Onun başına gələnləri kiminləsə paylaşması mümkün deyil. İffet olanları öyrənən atasının onu da əfv etməyəcəyindən qorxur. Özünə gələn kimi yenidən işə çıxan İffet malikanəyə uyğunlaşmağa çalışarkən mənfi xatirələrini yenidən üzə çıxaracaq bir durumla qarşı-qarıya gəlir.
Digər tərəfdən, İffetlə Cemil arasında problemin olduğunu hiss edən Betül bu fürsətdən istifadə edərək, Cemilə yaxınlaşmağın yollarını axtarır.
Cemil isə həm əməli üzə çıxacağı təqdirdə başının ağrıyacağından qorxur, həm də İffetin könlünü almaq, özünü əfv etdirmək üçün hər yola əl atır.