Avropada bank "soyqırımı" gedir

24 Sentyabr 2011 19:08
Milli.Az xəbər portalı "Zaman Azərbaycan"a istinadən bildirir ki, Yunanıstanın ən böyük banklarından olan Milli Bankın, həmçinin "EFG", "Eurobank Ergasias", "Alpha Bank", "Piraeus Bank", "Agricultural Bank of Greece" və "Attica Bank"larının kredit reytinqləri B3 səviyyəsindən  "CAA2" səviyyəsinə düşürülüb. Bunlardan başqa, "Moody's" tərəfindən Yunanıstana məxsus "Emporiki Bank of Greece" və "General Bank of Greece"in  kredit reytinqləri "B1" səviyyəsindən  "B3" səviyyəsinə endirilib.

"Moody's" həmçinin Slovakiyanın "Aa3" səviyyəsində olan uzunmüddətli kredit reytinqini bir pillə azaldaraq, "Aa2" səviyyəsinə çatdırıb. Xatırladaq ki, bir qədər əvvəl "Moody's" Fransanın iki aparıcı bankının, həmçinin ABŞ-ın "Citigroup", "Well Fargo" və ölkənin ən böyük bankı olan "Bank of America"nın kredit reytinqini bir pillə aşağı düşürüb.

Milli.Az