"Çox qaynar bir duel olacaq" - Rüfət Dadaşov

19 Noyabr 2018 11:43

Çox qaynar bir duel olacaq. Kosovo çox güclü komandadır, yaxşı oyunçuları var. "Şalke"nin sabiq futbolçusu Donis Avdiyay da rəqibimizin heyətindədir. Ancaq biz də çox inamlı mübarizə aparacağıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Bild"ə açıqlamasında millimizin üzvü Rüfət Dadaşov UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda Kosovoya qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Almaniyanın "Proyssen" klubunda çıxış edən 27 yaşlı hücumçu Farer adaları ilə Bakıda keçirilən görüşün (2:0) 78-ci dəqiqəsində əvəzlənməsinə də toxunub: "Matçın əvvəlində sarı vərəqə almışdım. Ona görə də baş məşqçi riskə getmək istəmədi. Çünki Kosovo ilə görüş bizim üçün çox vacibdir".

Qeyd edək ki, yığmamız Kosovo ilə sabah səfərdə vacib oyuna çıxacaq. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a vəsiqə qazanmaq üçün mütləq liderə qalib gəlməlidir.

Milli.Az