«Fənərbağça»nın gözü Nuri Şahində
6 Aprel 2010 12:20
Türkiyə mətbuatının yazdığına görə, yarımmüdafiə xəttinə yaradıcı oyunçu axtaran "Fənər"in baş məşqçisi Kristof Daum Dortmund "Borussiya"sının 21 yaşlı oyunçusunu hədəfə götürüb. Bu il türk yarımmüdafiəçinin Almaniyadakı parlaq oyunu "Fənərbağça" ilə yanaşı, bir sıra Avropa klublarının da diqqətini çəkib. Qeyd edək ki, Nuri Şahinin hazırkı komandası ilə müqaviləsinin müddəti 2013-cü ildə başa çatacaq.
Milli.Az