Serj Sarkisyanın qardaşı erməni müğənnini güllələdi
6 Aprel 2010 11:57
"Aykakan Jamanak" qəzetinin yazdığına görə, prezidentin qardaşı bu dəfə "Parvana" adlı restoranda "qəhrəmanlıq" edib. Məşhur erməni müğənni Spitaktsi Aykonun canlı ifa etdiyi restoranda yaxşıca yeyib-içən Saşanın könlünə mahnı sifariş etmək düşüb. İfaçı onun sfarişini qəbul etsə də, bu mahnını bir musiqidən sonra ifa edəcəyini bildirib. Bu isə prezidentin qardaşını hiddətləndirib.
Tapançanı çıxaran Saşa Sarkisyan müğənninin ayağının altına ard-arda atəş açmağa başlayıb. İfaçı xəsarət almayıb.
Milli.Az