Yaşayış binasında yanğın: sakinlər təxliyyə olundu

6 Aprel 2010 11:47
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın hadisəsi Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kvadrat metrlik 4 otaqlı mənzildə meydana gəlib.

Yanğın zamanı binada olan 6 sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Nəticədə mənzilin ev əşyaları ilə birlikdə 40 kvadrat metrlik sahəsi yanıb.
Yanğının başvermə səbəbləri məlum deyil.

Milli.Az