Atəşdən sonra polis çağıran tapança yaradılıb

17 Noyabr 2018 08:46

"Axon" şirkəti "Pulse +" adlı innovativ elektroşok silahı hazırlayıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğu polisi müstəqil çağıracaq. Bu isə atəş açılandan sonra baş verəcək.

Məlumata görə, silahdan istifadə zamanı onu istifadəçi smartfonu ilə sinxronlaşdırmaq tələb olunur. Atəş zamanı qurğu smartfonun polislə əlaqə yaratması və xilasetmə xidmətinə istifadəçinin olduğu yer haqqında geolokasiya məlumatlarının göndərilməsi üçün siqnal ötürəcək.

Bildirilir ki, elektroşok silahının hədəfi vurma radiusu 4,5 metr təşkil edir. İlkin modelin qiyməti 449 dollara bərabərdir. İstehsalçı şirkət atəşdən sonra hadisə yerində qalan silahın yenisi ilə əvəzlənməsinə zəmanət verir.

Milli.Az