Axtarışda olan şəxs tutuldu
6 Aprel 2010 11:42
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, tutulan Rəşad Əliyev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə axtarışda olub.
Nərimanov rayon Polis İdarəsinin və 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində R.Əliyev aprelin 5-də tutulub.
Anar Məmmədov
Milli.Az