Röya yeni klipindən görüntülər yaydı - FOTO

16 Noyabr 2018 15:22

Əməkdar artist Röya Ayxan yeni klip üçün kamera qarşısına keçib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Problemdir sevgimiz" adlı mahnısını ekranlaşdırıb. İfaçı yeni klipindən görüntüləri İnstaqram səhifəsində yayıb. 

Fotoların müəllifi Niko Abbasovdur. Klipin rejissorluğu isə Zaza Oraşviliyə həvalə olunub. 

Qeyd edək ki, Röya son vaxtlar kliplərini Türkiyədə çəkdirirdi.

Milli.Az