Bakı Metropoliteni işə qəbul elan edir

16 Noyabr 2018 12:52

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti Sağlamlıq, əməyəin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.

Qurumdan Milli.Az-a verilən məlumata görə, müraciət etmək istəyən iddiaçılara əsas tələblər aşağıdakı kimidir:

Təhsil/ Təcrübə

• Ali təhsil (tələb olunan sahə üzrə);

• Yaş: 25-45;

• 3 ildən yuxarı iş təcrübəsi;

• Hərbi mükəlləfiyyətli;

• Rus və ingilis dilini sənədləşmə səviyyəsində bilməli;

• "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində bilməli;

• İstehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarını tələblərə əsasən idarə olunmasını bilməli;

• dürüst və analitik düşünmə bacarığı olmalıdır.

İşçinin vəzifə öhdəlikləri bundan ibarət olacaq:

• Ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi ;

• Təhqiqat və monitorinqlərin aparılması;

• İstehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi;

• Həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması;

• Ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi;

• Mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi;

• Ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması

• Qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi.

İş rejimi saat 09:00-dan 18:00-a kimidir.

İddiaçılar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq" bölməsinə daxil olub "Bizdə iş" yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Yusif Nəsirli
Milli.Az