"İndicə Abel Məhərrəmovla bir yerdə idim” - Misir Mərdanov

16 Noyabr 2018 09:04

Xəbər verdiyimiz kimi Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.

Sosial mediada onun sələfi olmuş sabiq təhsil naziri Misir Mərdanovun bu vəzifəyə təyin olunacağı məlumatı yayılıb.

Milli.Az xəbər verir ki, prezidentin sərəncamından az sonra bizimyol.info-ya açıqlama verən sabiq təhsil naziri Misir Mərdanov Abel Məhərrəmovun vəzifəsindən azad olunmasından xəbərsiz olduğunu bildirib:

"Ay kişi, mən indicə Abel Məhərrəmovla birlikdə tədbirdə idim. Onun vəzifəsindən azad olunmasından xəbərsizəm. Onun yerinə kimin təyin olunacağı ilə bağlı da heç nə deyə bilmərəm".

Milli.Az