"Azərbaycana qalib gəlməli idik" - Maltanın baş məşqçisi

15 Noyabr 2018 19:52

"Kosovo qrupun ən güclüsüdür. Bizim üçün çətin olacaq".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Malta millisinin baş məqşçisi Rey Farruciya Millətlər Liqasının 5-ci turunda Kosovo ilə ev matçı öncəsi yerli mətbuata açıqlamasında deyib.

O, Azərbaycanla oyunları da xatırlayıb: "Meydanda ən yaxşısını etməyə çalışacağıq. Biz bunu Azərbaycanla oyunda etmişik. Doğma meydanda Azərbaycana qalib gəlməli idik, amma 1 xalla kifayətləndik. Kosovoya qarşı da yaxşı oynamağa çalışacağıq".

Qeyd edək ki, Malta millimizlə hər iki matçda heç-heçə (1:1) edib.

Milli.Az