15 yaşlı məktəbli özünü öldürdü

6 Aprel 2010 11:45
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Şıxlar kəndində 15 yaşlı Mehdi Rzayev özünü asıb.

Mərhumun meyiti qonşunun həyətyanı sahəsində iplə asılmış vəziyyətdə aşkar edilib.
M.Rzayev orta məktəbin 9-cu sinfində oxuyurmuş. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sabirabad rayon Prokurorkuğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az