Dasayev, Vəli Qasımov, Qazzayev, Nazim Süleymanov, Qurban Qurbanov - Bakıda pulsuz FUTBOL ŞOUSU

14 Noyabr 2018 14:34

Noyabrın 15-də "Bayıl arena"da veteran futbolçu Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, qarşılaşmada Rusiya, Ukrayna, Portuqaliya və ispaniya kimi ölkələrin məşhur futbolçuları iştirak edəcəklər. Azərbaycan futbolunun ulduzları Nazim Süleymanov, Elxan Həsənov, Tərlan Əhmədov, Dmitri Kramarenko, Vəli Qasımov, Qurban Qurbanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Novruz Əzimov, Mahmud Qurbanov, Yaşar Vahabzadə, Vidadi Rzayev və Arif Əsədov əməkdar məşqçi Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxacaqlar. 

Rəqib komandada isə Sergey Kiryakov,  Xoakin Parra, Viktor Losev, Nikolay Pisarev, Adolfo Aldana, İ. Yakubovski, İ.Kolivanov, Raşid Raximov, Rinat Dasayev, Roberto Bordin, Valeriy Şmarov, Cande, Camacho kimi ulduz futbolçular məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin baş məşqçisi olduğu komandada çıxış edəcəklər. 

Milli.Az