AFFA rəsmiləri millinin oyununda

14 Noyabr 2018 13:47

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyununu izləyəcək.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, onlar komandamızın Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün İsraillə ilk oyununa baxmaq üçün  Gürcüstanda səfərdədirlər.

Qeyd edək ki, Tiflis şəhərindəki Mixail Mesxi adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Milli.Az