ABŞ Senatının komitəsi Azərbaycandakı səfirin namizədliyini dekabrda müzakirə edəcək

14 Noyabr 2018 13:12

ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd olan Örl Litzenberger dekabrın 13-də ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin qarşısında növbəti dəfə çıxış edəcək.

Milli.Az bildirir ki, bu barədə report-a ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gill məlumat verib.

Onun sözlərinə görə, komitə Ö.Litzenbergerin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Xatırladaq ki, Ö.Litzenbergerin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi məsələsi bu ilin oktyabr ayında Senat Komitəsində müzakirə olunub.

Milli.Az