Qara nöqtələrdən bu üsullarla qurtulun

26 Noyabr 2018 07:00

Qara nöqtələr dərinin parlaq və təmiz görünməsinin qarşısını alır. Onlardan qurtulmaq isə o qədər də çətin deyil.

Milli.Az axşam.az-a istinadən qara nöqtələrdən xilas olmağınız üçün bir neçə maska təqdim edir:

Burun üçün maska

1 xörək qaşığı qatıq

1 sürtgəcdən keçirilmiş limon qabığı

1 xörək qaşığı qarğıdalı unu

Hazırlanma qaydası:

Bütün sayılanları qarışdırın. Burnunuza çəkin və bir neçə dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə iki dəfə təkrar edə bilərsiniz. 

Qara nöqtələr üçün maska 1

1 xörək qaşığı şəkər tozu

1 yumurta ağı

Hazırlanma qaydası:

Ərzaqları qarışdırın, qara nöqtə olan hissələrə çəkin. 

Maska 2

1 çay qaşığı yaşıl mərci

1 çay qaşığı gil

1 çay qaşığı krem

Lazım olan qədər su

Hazırlanma qaydası:

Mərcini üyüdün və üzərinə digər lazım olanları əlavə edin. Üzünüzə çəkib 15 dəqiqə gözləyin. Həftədə iki dəfə təkrar edin. 

Maska 3

1 çay qaşığı gil

1 çay qaşığı badam yağı 

1 çay qaşığı limon suyu

1 çay qaşığı bal

Hazırlanma qaydası:

Bütün sayılanları qarışdırın. Üzünzə çəkib 40-45 dəqiqə gözləyin. Ardınca ilıq su ilə masaj hərəkətləri edərək təmizləyin.

Milli.Az