Bir aydan sonra gərginlik və qeyri-stabillik artacaq

14 Noyabr 2018 07:00

"Bir aydan sonra Ermənistanda gərginlik yaşanacaq, ölkədə qeyri-stabillik daha da artacaq".

Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

İkiüzlü Ermənistana siyasi şapalaq - "Qulpsuz çemodan"dan uzaqlaşmağın vaxtı çatdı

Onun sözlərinə görə, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın ən zəif nöqtəsi Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazilərindəki vəziyyət, yəni Qarabağ siyasətidir: "Onun Qarabağla əlaqədar başqa uzlaşma yeri yoxdur və o, daxili siyasətdə nüfuzunu artırmaq üçün populist bəyanatlar verir. Eyni zamanda Qarabağ siyasəti Paşinyanın və Ermənistanın xarici siyasətini dalana aparır, çıxılmaz vəziyyətə sürükləyir. Bu məsələ özünü Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) noyabrın 8-də Astanada keçirilən son sammitində də biruzə verdi. Ermənistanda KTMT-nin Baş katibi olan general Yuriy Xaçaturova cinayət işi açılaraq geri çağrılan kimi təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə KTMT-nin Baş katibi olan Ermənistan nümayəndəsi vaxtından əvvəl vəzifəsindən azad edildi.

Belə bir şəraitdə Ermənistanda daxili vəziyyət gərgin olaraq qalır. Əsas səbəb isə yaxınlaşmaqda olan parlament seçkiləridir. Məhz dekabrdakı bu seçkilərdən sonra hansı qüvvələrin qalib gələcəyi bilinəcək. Yeni Baş nazirin kimliyi və Nikol Paşinyanın yenidən baş nazir olub-olmayacağı da bu seçkilərin nəticələrindən asılı olacaq".

Ermənistan Rusiyaya xəyanət etdi - Cəzası necə olacaq?

E.Ələsgərov hesab edir ki, dekabrda Ermənistanda gərginlik pik həddə çatacaq: "Xüsusi qeyd etmək lazımdır ki, bu ərəfədə məşhur terrorçu, Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak etmiş Jirayr Səfilyan həbsdən azadlığa buraxıldı. Paşinyan bununla Ermənistanda və işğal altındakı Dağlıq Qarabağdakı radikal millətçilərə bir jest elədi. Yəni bununla bildirdi ki, mən sizinləyəm. Digər tərəfdən, sabiq Prezident və Baş nazir Serj Sarqsyan Respubilka Partiyasının son iclasında sərt çıxış edərək Dağlıq Qarabağ məsələsində razılaşmaya gedərsə, daşı-daşı üstündə qoymayacağına dair bəyanat verib. Belə bir vəziyyətdə Paşinyanın siyasi kursu çox ziddiyyətli görünür. Ona görə də Ermənistan böyük hadisələrin ərəfəsindədir və güman ki, dekabrda burada böyük gərginlik yaşanacaq. Böyük ehtimalla seçkilərdə Paşinyan tərəfdarları qalib gələcək və o, yenidən Baş nazir olacaq. Lakin hətta Paşinyan seçiləndən sonra da Ermənistanın xarici siyasəti ilə daxili siyasəti arasında ziddiyyət yaranacaq və bu ikili vəziyyətdə ölkədə stabillik yaranmaqdansa, daha qeyri-stabillik dərinləşəcək". 

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.comFacebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.

İlkin İzzət
Milli.Az