"Suonsi"nin futbolçusu zədələndi - Millimizə qarşı oynamayacaq

13 Noyabr 2018 11:52

UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Azərbaycan millsini qəbul edəcək Kosovo yığmasında itki baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Kosovo yığmasının baş məşqçisi Bernard Şalland məlumat verib. İsveçrəli mütəxəssis bildirib ki, "Suonsi"nin 22 yaşlı yarımmüdafiəçisi zədə səbəbindən yığmadan kənarlaşdırılıb. Onun əvəzinə İsveçrənin "Lyutsern" klubunun hücumçusu Şelkim Demasay yığmaya çağırılıb.

Qeyd edək ki, Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq, 3 gün sonra isə millimizi qəbul edəcək.

Milli.Az