Efirlərdən uzaq düşən aparıcı Ceyranın yeni FOTOları

11 Noyabr 2018 23:24

Xalq artisti Nəzakət Teymurova keçmiş aparıcı Ceyran Rəhimova ilə fotolarını paylaşıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, muğam ifaçısı İnstaqramda yayımladığı şəkillərə "Gözəl gözlümlə çoxdandır ki, görüşmürdüm. Çox xoş oldu" şərhini yazıb.

Qeyd edək ki, C.Rəhimova AzTV-də çalışıb. Son bir neçə ildir o, efirlərdən uzaqlaşıb.

Milli.Az