«Toyota» daha 13 min avtomobilini geri çağırdı
6 Aprel 2010 10:24
"Renhap" agentliyinin məlumatına görə, geri çağırılmış avtomobillər "Lexus ES350", "Toyota Camry" və "Toyota Camry Hybrid"lərdir. Onların qaz pedallarında problem olduğu üzə çıxıb.
Xatırladaq ki, bir müddət əvvəl "Toyota" eyni problem üzündən Avropa və Amerikada xeyli sayda avtomobilini geri çağırmışdı.
Milli.Az