"Air France"ın təyyarəsi Rusiyada təcili eniş edib

11 Noyabr 2018 15:16

"Air France" aviaşirkətinin "Boeing-777" təyyarəsi Rusiyanın İrkutsk şəhərində qəza enişi edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təcili enişə səbəb təyyarənin içində baş verən tüstülənmə olub. Xəsarət alan olmayıb.

Təyyarə Paris-Şanxay reysini yerinə yetirirdi. Təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 280 nəfər olub. Bütün sərnişinlər aeroportun mehmanxanası və şəhər hotellərində yerləşdirilib.

Milli.Az