Bakıda evdə tüfəng və patron aşkarlanıb

10 Noyabr 2018 23:41

Bakının Xəzər rayonunda evdən tüfəng və patron aşkar edilərək götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı markası və nömrəsi silinən, habelə lüləsi və qundağı kəsilən tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az