Samboçumuz dünya çempionatında gümüş medal qazanıb

10 Noyabr 2018 22:54

Rumıniyanın paytaxtı Buxarestdə sambo üzrə dünya çempionatı davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, çempionatda 80-dən çox ölkədən samboçular iştirak edirlər.

Sambonun 80 illiyi ərəfəsində keçirilən çempionatın ilk günündə 68 kiloqram çəki dərəcəsində çıxış edən Emin Həsənov gümüş medal qazanıb.

Mundialda ölkəmizi 7 samboçu təmsil edir.

Çempionatda nümayəndə heyətimizin tərkibində Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti Ceyhun Məmmədov, Azərbaycan Sambo Federasiyasının vitse-prezidenti Cavid Səbzəliyev və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov iştirak edirlər.

Dünya çempionatı həm də ikinci Avropa Oyunlarina lisenziya xalları verir.

Milli.Az