Avropanın Kino Akademiyası qitənin 2018-ci il üçün ən yaxşı filmi adı uğrunda mübarizə aparacaq filmləri açıqlayıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, "Aləmlərin sərhədində" (rejissor Əli Abbasi), "Soyuq müharibə" (Pavel Pavlikovski), "Doqmen" (Matteo Qarrone), "Qız" (Lukas Dont) və "Xoşbəxt Lazar" filmləridir.
31-ci "European Film Award" mükafatı dekabrın 15-də Sevilyada təqdim ediləcək.
Milli.Az