Həbsxanadan yenicə çıxdı, Sumqayıtda arvadını bıçaqladı

10 Noyabr 2018 21:39

Sumqayıtda keçmiş məhkum həyat yoldaşına bıçaqla xəsarət yetirib

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə "Yaşıldərə" yaşayış massivində baş verib.

Şəhər sakini, 1995-ci il Məmmədova Aysel Famil qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Həyat yoldaşı onun üz və bədən nahiyələrinə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hadisəni törədən şəxs məsuliyyətə cəlb olunub.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Cütlük bir müddət imiş ki, ayrı yaşayırmış. Ailənin bir azyaşlı övladı var. Qeyd edək ki, A.Məmmədovanın əri həbsxanadan yenicə çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az