“Kurtlar Vadisi”nin “Elif”i eşşək pendiri satacaq - FOTO

10 Noyabr 2018 19:38

Azərbaycanda "Kurtlar Vadisi" serialı ilə tanınan türkiyəli aktrisa Özgü Namal bağ evinə köçüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, şəhər həyatından bezib, reklam şirkətində çalışan həyat yoldaşı Serdar Oral və iki övladı ilə birgə Muğlanın Köyceyiz vilayətinə yerləşib.

Onlar dünyada ən bahalı pendir olan "Pule" pendiri istehsal edəcəklər.
Cütlük buna görə eşşək ferması qurmaq qərarına gəliblər. Çünki "pule" pendiri eşşək südündən istehsal olunur.

Qeyd edək ki, eşşək südündən əldə edilən pendirin kilosu isə 1000 dollar dəyərindədir. Bir kilo pendiri ərsəyə gətirmək üçün 25 litr eşşək südündən istifadə olunur.

Milli.Az