İki il əvvəl boşanan cütlük barışdı - FOTO

10 Noyabr 2018 18:29

Dörd illik evliliklərinə 2016-cı ildə son qoyan Hande Subaşı ilə Can Tursan birlikdə görüntüləniblər. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük birlikdə Bebekdə gəzintiyə çıxıablar. 

Son iki ildir Rıza Kocaoğlu və Altuğ Leblebici kimi məşhurlarla eşq yaşayan Hande boşandığı ərinə qayıdıb. 

Əvvəlcə alış-veriş edən sevgililər "Barışdınız" sualına "Heç küsmədik" cavabını veriblər.

Milli.Az