VASİF: "İnstaqram səhifəmi Xatirə bağlatdırıb" - VİDEO

10 Noyabr 2018 17:24

Əməkdar artist Vasif Məhərrəmli "Səhər-səhər" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni İnstaqram səhifəsindən danışıb. Vasif bildirib ki, onun səhifəsini illər əvvəl Xatirə İslam bağlatdırıb:

"Dörd il əvvəl İnstaqram açmışam. Bir-iki şəkil paylaşdım. Yanıma Xatirə gəldi. Gördü ki, qıpqırmızı olmuşam. Deyirəm, Xatirə nə edim? Mənə bir-iki söz yazıblar, həmin adamları necə tapım? Qayıtdı ki, mən yolunu bilirəm, orada nə var ki... Dedim nədir? Deyir, İnstaqramı bağla, vəssalam. Səndən onu işlədən olmaz. Mən də bağladım". 

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az