ABŞ-dan ərəb koalisiyasına qadağa: Ərəb təyyarələri…

10 Noyabr 2018 14:34

ABŞ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına aid təyyarələrə səmada yanacaq doldurulması praktikasından imtina edəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton bu addımı Ər-Riyadın Yəməndəki fəaliyyəti ucbatından atır. ABŞ administrasiyası öz qərarını yaxın zamanlarda açıqlayacaq.

Ərəb koalisiyası Səudiyyə Ərəbistanının SPA agentliyinə açıqlamasında isə bundan sonra öz təyyarələrinin yanacağını özlərinin təmin edəcəklərini bildirib.

Koalisiya ABŞ-la məsləhətləşdikdən sonra bu qərara gəldiklərini açıqlayıb.

Milli.Az