80 il əvvəl, tarixdə bu gün çəkilən FOTO

10 Noyabr 2018 14:54

80 il əvvəl, tarixdə bu gün (10 noyabr) Türkiyənin "atası" hesab edilən lider Atatürk vəfat edib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, sirroz xəstəliyindən əziyyət çəkən Atatürk 1938-ci ildə, İstanbulda, Dolmabahçe sarayında dünyasını dəyişib.

1938-ci ilin noyabr ayının 16-da Dolmabahçe sarayında Atatürklə vida mərasimi keçirilib. Noyabr ayının 20-də onun nəşi Ankaraya aparılıb. Ayın 21-də Etnoqrafiya muzeyində dəfn edilib.

1953-cü ilin noyabrın 4-də Etnoqrafiya muzeyindən çıxarılan nəş noyabrın 10-da Anıtkabir məzarlığında dəfn edilib.

Milli.Az 80 il əvvəl, noyabr ayında Atatürklə vida və dəfn mərasimindən çəkilən tarixi fotoları təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az