Bıçaqla insanlara hücum etdi, partlayış törətmək istədi

10 Noyabr 2018 08:14

Avstraliya polisi bildirib ki, Melbrunda bıçaqla insanlara hücum etmiş kişi avtomobilində olan qaz balonlarını partlatmaq niyyətində olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Viktoriya ştatının polis şefinin nümayəndəsi Qrem Eşton deyib.

"Deyəsən o, bizim hazırkı ehtimallarımıza görə, balonları alovlandırmaq üçün yanğın törətmək istəyib", - deyə Qrem Eşton bildirib.

Qeyd olunur ki, barbekyu üçün qril zamanı istifadə olunan qaz balonlarını partlatmaq alınmayıb.

Bundan əvvəl Avstraliyanın Melburn şəhərində naməlum şəxsin bıçaqla polislərə hücum etdiyi xəbər verilib.

Milli.Az