ABŞ Suriyada dinc sakinləri bombalayıb: 26 ölü

10 Noyabr 2018 08:40

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasiyasının cümə günü Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatın itirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Suriyanın insan haqlarına riayət olunmasına nəzarət Mərkəzinə istinadən "Al-Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, koalisiya təyyarələri İŞİD qruplaşmasının ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.

Bundan əvvəl Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürüldüyü bildirilib.

Milli.Az