ABŞ Çin ilə "soyuq müharibə" arzulamır - Pompeo

10 Noyabr 2018 08:30

ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ölkəsi Çin ilə "soyuq müharibə" arzulamır.

Milli.Az "Report"a istinadən bildirir ki, o bunu Çin tərəfi ilə "2+2" formatında keçirilən görüşün yekununda deyib.

"Biz Çinin məsuliyyətli və dürüst fəaliyyət göstərdiyinə əmin olmaq istəyirik", - deyə o bildirib.

Pompeo həmçinin qeyd edib ki, danışıqlar yaxşı keçib və Çin və ABŞ liderləri arasında qarşıda nəzərdə tutulan görüşün layiqli səmərə verəcəyinə ümid etdiyini bildirib.

Bundan əvvəl ABŞ Çinə İran nefti ilə bağlı güzəşt tətbiq edib.

Milli.Az