Somalidə iki terror aktı: ölənlərin sayı 30 nəfərə çatıb - YENİLƏNİB

10 Noyabr 2018 09:11

09:11

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə yerli tibb mənbələrinə istinadən "Al Arabiya" məlumat yayıb.

-----------

08:20

Somalinin paytaxtı Moqadişoda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, daha 17 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, terrorçular şəhərdə 4 partlayış törədiblər. Sonuncu partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib.

Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az